Rusiya içində azərbaycanlıların da olduğu gəminin axtarışını genişləndirəcək

09:40 | 27.01.2018
Rusiya içində azərbaycanlıların da olduğu gəminin axtarışını genişləndirəcək

Rusiya içində azərbaycanlıların da olduğu gəminin axtarışını genişləndirəcək

Yanvarın 25-də Yapon dənizində, Rusiyanın Posyet dənizkənarı limanından 50-70 mil aralıda itən "Vostok” adlı balıqçı gəminin axtarışları səhər saatlarından genişləndiriləcək.

anews.az xəbər verir ki, bunu TASS-a cümə günü Vladivostok dəniz xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi deyib.

"Biz səhər tezdən "Vostok” gəmisinin axtarış dairəsini genişləndirəcəyik. Proqnozlara görə, hava 8:10-da işıqlanacaq. Dənizçilərin axtarışı son ümid itənə qədər davam etdiriləcək”, - deyə həmsöhbət bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb