"Rusiya ilə müharibə etməyə nifrət edirəm"

09:48 | 11.03.2016

"Rusiya ilə müharibə etməyə nifrət edirəm"

Rusiya ilə müharibə etmək mənim xoşuma gəlmir, lakin mənim, baş komandan  kimi, Ukraynanı müdafiə etmək vəzifəm var.
 
APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyənin "TRT World” telekanalına müsahibəsində deyib.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Rusiya ilə müharibə etməyə nifrət edirəm, lakin, baş komandan  kimi, Ukraynanı müdafiə etməyə borcluyam”, - deyə Poroşenko bildirib.

Ukrayna prezidenti, həmçinin, Rusiyanın Minsk sazişinin atəşkəsə və ağır silahların geri çəkilməsinə dair müddəalarına əməl etmədiyini qeyd edib.
 
 
Onun sözlərinə, Rusiyanın təcavüzü ukraynalıların Avropa meylərini daha da gücləndirdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM