Rusiya Krıma S-400 raket sistemi yerləşdirəcək

12:00 | 16.07.2016
Rusiya Krıma S-400 raket sistemi yerləşdirəcək

Rusiya Krıma S-400 raket sistemi yerləşdirəcək

"Vedomosti" nəşri yazır ki, Rusiya avqust ayında Krımda yeni S-400 "Triumf" zenit -raket sistemini yerləşdirməyi planlaşdırır.

Bu barədə məlumat verən qərargah rəisi, podpolkovnik Yevgeniy Oleynikov deyib ki, avqust ayında texnikanın Feodosiya şəhəri yaxınlığındakı daimi dislokasiya yerinə çatdırılması planlaşdırılır.

S-400 "Triumf" böyük və orta mənilli zenit -raket sistemidir. Bu sistem bütün müasir və perspektivli hava və kosmik hücum vasitələrinin dəf edilməsi üçün yaradılıb.

Hər bir zenit-raket sistemi eyni zamanda 80 hədəfin atəşə tutulmasını təmin etməyə qadirdir. Bunun üçün 160-a qədər raketlə təchci olunmuş 8 zenit- raket kompleksi olmalıdır.

Rusiya bundan əvvəl S-400 zenit raket sistemi üçün yeni raketlərin sınaqlarının uğurlu keçdiyini elan etmişdi.

Bundan əvvəl Kreml bildirmişdi ki, NATO hərbi birləşmələrinin və raketdən müdafiə sistemlərinin Şərqi Avropa ölkələrində yerləşdirilməsini cavabsız qoymayacaq. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM