Rusiya qoşunları Ukrayna sərhədində

11:18 | 15.07.2014
Rusiya qoşunları Ukrayna sərhədində

Rusiya qoşunları Ukrayna sərhədində

NATO son günlər Rusiya əsgərlərinin sayının sərhəddə artırıldığını müşahidə edib

"Rusiya Ukrayna sərhədində qoşunların sayını artırır. 10-12 min Rusiya əsgəri Ukrayna sərhədi yaxınlığında yerləşdirilib".

ANS PRESS-in məlumatına görə, bu barədə adının açıqlanmasını istəməyən NATO nümayəndəsi "Azadlıq Radiosu"na ya müsahibəsində deyib. Onun sözlərinə görə, son həftələr Ukrayna sərhədində Rusiya hərbi birləşmələrində hərəkətlilik müşahidə olunur.

"İyunun ortalarında Rusiya sərhəddə olan 40 min əsgərinin sayının 1000 nəfərə qədöər azaltmışdı. Lakin son günlər hərbi birləşmələr yenidən Ukrayna sərhədinə cəmlənir", deyə NATO nümayəndəsi bildirib.

Qeyd edək ki, Ukrayna tərəfi iddia edir ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin xüusi təyinatlıları bu gün Rostov vilayətindən Ukraynaya girəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM