Rusiya Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb

16:31 | 15.12.2015
Rusiya Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb

Rusiya Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb

Rusiya açıq hava sahəsi anlaşması çərçivəsində Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb.
 
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, Rusiya tərəfi müşahidə uçuşunu "An-30B” təyyarəsi ilə həyata keçirir. Təyyarə Ərzurumdan havaya qalxacaq və Türkiyə tərəfinin müəyyən etdiyi marşrut üzrə hərəkət edəcək. Proses dekabrın 18-də yekunlaşacaq.
 
Qeyd edək ki, açıq səma anlaşması ATƏT çərçivəsində qarşılıqlı anlayışı və etimadı gücləndirmək üçün 1992-ci ildə imzalanıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM