Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirəcək

16:36 | 16.12.2015
Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirəcək

Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirəcək


"Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirərək bu ölkədən iş və xidmətlərin idxalını faktiki qadağan etmək niyyətindədir".
 
APA-nın xəbərinə görə, bu barədə "Kommersant” yazıb. Qəzet bildirir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi baş nazir Dmitri Medvedyevin tapşırığına əsasən bununla bağlı qanun layihəsi hazırlayıb. Sənəd Rusiyanın hüquqi şəxslərinə Türkiyə firmaları ilə müqavilələr bağlanmağı qadağan edir. Qüvvəyə minəcəyi təqdirdə tikinti, mehmanxana xidmətləri və Rusiya aivşirkətlərinin mülki heyətinə təlim keçilməsi kimi xidmətlər də sanksiya siyahısına salınacaq.
 
Yeni sanksiyaların hazırlanması ilə bağlı məlumat hökumətdəki mənbə tərəfindən də təsdiqlənib. Lakin Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə məlumata malik olmadığını açıqlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM