Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycana təsir edəcəkmi?

20:21 | 28.02.2022
Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycana təsir edəcəkmi?

Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycana təsir edəcəkmi?

Qərbin Rusiyaya Ukrayna təcavüzü səbəbindən tətbiq etdiyi sanksiyalar Azərbaycan iqtisadiyyatına da dolayısı ilə təsir edə bilər. Buna əsas səbəb isə ölkənin Rusiya idxalından asılı olmasıdır. Belə ki, Azərbaycan idxalının 20%-ə qədəri məhz Rusiyanın payına düşür. 
 
Məsələ ilə bağlı deputat Fazil Mustafa anews.az- a açıqlamasında bildirib ki, rus rublnun ucuzlaşması Azərbaycan iqtisadiyyatına böyük təsir edəcək.
 
"Azərbaycan bazarı ilə Rusiya bazarı sıx bağlıdır. Rusiyada çox saylı azərbaycanlının ağır vəziyyətə düşməsi ehtimal olunur və artıq düşməkdədir. Belə ki,  iş yerləri bağlanır, borclanma artır. 
Rusiyda  sanksiyaların ən çox təsiri ola biləcək ölkələrdən biri Azərbaycandır. Üstəlik də Azərbaycan neft fondunun VTB bankda aktivi var. Bu da bizim üçün  bir itkidir . Bankın dondurulması müəyyən dərəcədə  ehtiyatlarımıza təsir edəcək. Rus rublun məzənnəsinin sürətlə ucuzlaşması təbii ki, bizə də öz ciddi təsirini göstərəcək",- Fazil Mustafa əlavə edib.
 
İqtisadçı-ekspert Pərviz Heydərov Anews.az-a bildirib ki, Azərbaycanda manatın dəyəri ölkəmizdə neft satışı ilə əlaqəli olduğu üçün neftin qiyməti düşmürsə manat da ucuzlaşmayacaq. 
 
"Azərbaycanda milli valyutanın kursu inzibati yolla tənzimlənir. Amma Azərbaycanın qeyri-neft məhsullarını ixrac etdiyi bazar Rusiya bazarıdır. Bu səbəbdən Rusiya rublunun məzənnəsinin itirilməsi qeyri-neft məhsullarında  əldə etdiyimiz gəlirlərin azalmasına  gətirib çıxara bilər. Bu da ölkədə qeyri-neft sektorunun inkişafına mənfi təsir edəcək. Türkiyədə lirənin ucuzlaşmasında türk istehlak mallarının aşağı düşməsini müşahidə etmədik və indi də Rusiya rublun dəyərdən düşməsi Rusiyadan əldə edilən məhsullarının qiymətinin aşağı düşməsini gözləmirəm" - ekspert deyib. 

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirir ki, Azərbaycan Rusiyaya əsasən kənd təsərrüfatı malları göndərir. Bu aqrar məhsulların mübadiləsinə mənfi təsir edəcək. 
 
"Digər tərəfdən Rusiyanın bizə satdığı müəyyən avadanlıqlar bizim üçün ucuzlaşması ehtimalı var. Bir sözlə Rusiyanın iqtisadi əlaqələri çətinləşəcək bu da Azərbaycan üçün problemdir. Amma rus rublun çökməsi manata heç bir təsiri olmayacaq. Manatın qiyməti neftin qiymətindən asılıdır. Neftin qiyməti də dolların məzənnəsi  ilə müəyyən olunur. Ona görə  onun bizə heç bir adiyyatı yoxdur",-  ekspert əlavə edib.

Ötən ilin 11 ayında Rusiyadan Azərbaycana 1 milyard 854 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 17,8%-ni təşkil edib. Hesabat dövründə Rusiya Azərbaycana ən çox məhsul ixrac edən ölkə olub.
 
Rublun dəyərdən düşməsi Rusiya ilə Ukrayna arasında baş verən müharibə və Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşmasından sonra baş verib.
 
 Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb