Rusiya Ukrayna müharibəsində öldürülən muzdluların sayını açıqlayıb

17:05 | 14.03.2024
Rusiya Ukrayna müharibəsində öldürülən muzdluların sayını açıqlayıb

Rusiya Ukrayna müharibəsində öldürülən muzdluların sayını açıqlayıb

Rusiya qüvvələri əməliyyat zamanı Ukraynaya gələn 5962 əcnəbi muzdlunu öldürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Ukrayna Rusiya müharibəsində Rumıniyadan 349, Almaniyadan 88, Fransadan 147 muzdlunun öldürüldüyü açıqlanıb.

"Ukraynaya gələn muzdluların ümumi sayı 13 387 nəfərdir. Gələn və məhv edilən muzdluların sayına görə ikinci yeri Gürcüstan tutur – 1042 nəfərdən 561-i məhv edilib. 1113 amerikalı muzdludan Ukrayna Silahlı Qüvvələri 491 nəfərini itirib. Həmçinin, kanadalı muzdluların 40%-dən çoxu məhv edilib (1005-dən 422-si). Böyük Britaniyadan 822 muzdlu gəlib ki, onların da 360 nəfəri məhv edilib", - Rusiya MN-dən verilən açıqlamada bildirilib.
 
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 970 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 427 840 nəfərə çatıb.
 
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 17 zirehli döyüş maşını, 11 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
 
2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.


Aytac 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM