Rusiya Ukraynanın döyüş delfinlərini ələ keçirdi

19:07 | 12.09.2014
Rusiya Ukraynanın döyüş delfinlərini ələ keçirdi

Rusiya Ukraynanın döyüş delfinlərini ələ keçirdi

Döyüş delfinlərinin hazırlanması ilə məşğul olan Krım Dövlət Okeanariyası Rusiya Müdafiə Nazirliyinin sərəncamına keçib.

 

Axar.az xəbər verir ki, bununla bağlı Sevastopol şəhərinin qubernatoru Sergey Menyaylo məlumat verib.

 

Əvvəllər buradakı döyüş delfinləri və dəniz pişikləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin balansında idi.

 

Krımın Rusiya tərəfindən işğalından sonra Okeanariya Rusiyanın əlinə keçdi. Hazırda Okeanariyada 13 delfin məşq keçir.  

 

Qeyd edək ki, dünyada döyüş delfinlərinin hazırlandığı yeganə bazalar San Dieqo (ABŞ) və Sevastopolda yerləşir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb