Rusiya Ukraynaya təzyiqi artırır

20:39 | 08.09.2015
Rusiya Ukraynaya təzyiqi artırır

Rusiya Ukraynaya təzyiqi artırır

Rusiya Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya borc verməsinə qarşı çıxır, Kiyevin dekabradək 3 milyard dollarlıq borcu qaytarmasını tələb edir.

"Ukrayna borcunu ödəməsə, müvafiq ədliyyə qurumlarına müraciət edəcəyik,” Maliyyə naziri Anton Siluanov sentyabrın 7-də Moskvada deyib. "Biz də BVF-nin üzvüyük və BVF-nin Ukrayna proqramına dair məsələ qaldıracağıq”.

O, əlavə edib ki, Rusiya borc məsələsində Ukrayna ilə danışıq aparmayacaq.

Ukraynanın suveren istiqrazlarının yarısına malik kreditor qrupu ötən ay yeni şərtlərin qəbuluna razılaşıb. Həmin şərtlərə borcun 20 faizinin silinməsi və ödəmə müddətinin 4 il uzadılması daxildir.

Bu ayın sonunda Rusiya da daxil olmaqla istiqraz sahibləri razılaşmanı səsə qoyacaq.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM