Rusiya və ABŞ Suriya ilə bağlı birgə bəyanat yaydı

19:49 | 09.05.2016
Rusiya və ABŞ Suriya ilə bağlı birgə bəyanat yaydı

Rusiya və ABŞ Suriya ilə bağlı birgə bəyanat yaydı

Rusiya və ABŞ rəmi Dəməşq və müxalifətdən mülki şəxslərə və xəstəxanalara hücumları dayandırmağa çağırıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, Rusiya və ABŞ-ın yaydığı birgə bəyanatda əksini tapıb.
 
Sənəddə Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılması sahəsində irəliləyişə nail olunduğu da qeyd edilib. Moskva və Vaşinqton Suriyada münaqişənin siyasi yolla həllinə nail olmaq üçün səylərini gücləndirəcəyini bəyan edib. Bəyanatda iki ölkənin birgə səyi nəticəsində Şimali Latakiya və Şərqi Qutada zorakılığın səviyyəsinin azaldığı qeyd edilib. Rusiya Suriya hökuməti ilə mülki əhalinin və atəşkəs razılaşmasına əməl edən qrupların olduğu rayonlara aviasiya zərbələrinin azaldılması istiqamətində çalışacağını bəyan edib. Rusiya və ABŞ BMT-ni Suriyada  Nubol, Haseke, Dera və digər bölgələrə humanitar yardımları artırmağa çağırıb. ABŞ isə Suriyaya terrorçuların daxil olmasının qarşısının alınması üçün Yaxın Şərqdə müttəfiqlərinə dəstəyini artıracağını bəyan edib. 
 
Moskva və Vaşinqton İŞİD və "Əl-Nusra” terror təşkilatlarının nəzarət etdiyi bölgələrin müəyyən edilməsi və bu terror təşkilatlarına qarşı qətiyyətli addımların atılması üçün də tədbirlər görəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb