Rusiya və Azərbaycan birgə qoruq yaradacaq

16:26 | 11.08.2016
Rusiya və Azərbaycan birgə qoruq yaradacaq

Rusiya və Azərbaycan birgə qoruq yaradacaq

Rusiya və Azərbaycan ön Asiya bəbirinin Qafqazda artımının bərpası üçün transsərhəd təbiət qoruğu yaradacaq.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təbiət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Qoruğun Dağıstan ərazisindəki "Tlyaratinsk” federal yasaqlığı və Zaqatala dövlət qoruğu ərazisində yaradılması planlaşdırılır.
 
Ön Asiya bəbirinin qorunması məsələsi Dağıstan prezidenti Ramazan Abdulatibov tərəfindən qaldırılıb.
 
Məlumatda bildirilir ki, bəbirlərin Dağıstanda qorunması və bərpası üzrə fəaliyyət planı layihəsi baxılması üçün noyabrın 30-na kimi Təbiət Nazirliyi tərkibində yaradılmış işi qrupuna təqdim edilməlidir.
 
Xatırladaq ki, sözügedən bəbir nəsli kəsilməkdə olan növ kimi "Qırmızı kitab"a salınıb.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb