Rusiya və Fransa prezidentləri Ukraynadakı vəziyyəti müzakirə etdi

12:41 | 30.08.2014
Rusiya və Fransa prezidentləri Ukraynadakı vəziyyəti müzakirə etdi

Rusiya və Fransa prezidentləri Ukraynadakı vəziyyəti müzakirə etdi

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland arasında telefon danışığı olub.

 

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 

Fransua Olland və Vladimir Putin Ukraynadakı daxili münaqişənin siyasi həllinin mümkün variantlarını nəzərdən keçiriblər. Hər iki tərəf regionda qan tökülməsinin  dayandırılmasının vacibliyini qeyd edərək, humanitar fəlakətin aradan qaldırılması  və problemin dinc siyasi vasitələrlə həll olunmasını vurğulayıb. Liderlər  Avropa Birliyinin növbəti sammitində Ukraynadakı vəziyyətin müzakirə olunacağı barədə də razılığa gəliblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb