Rusiya Xəzərdə hərbi təlimlər keçirir

13:18 | 15.08.2016
Rusiya Xəzərdə hərbi təlimlər keçirir

Rusiya Xəzərdə hərbi təlimlər keçirir

Rusiya Xəzər dənizində genişmiqyaslı təlimlər keçirir.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri təlim döyüşlərinə başlayıblar.
 
Təlimlərə hərbi aviasiya da cəlb olunacaq.
 
Gəmi heyətlərinin üzvləri dənizdə müxtəlif raket və artilleriya atışları həyata keçirəcəklər.
 
Təlimlərə "Dağıstan” və "Tatarıstan” raket gəmiləri, "Velikiy Ustyuq”, "Volqodonsk” və "Mahaçqala” kiçik raket və artilleriya gəmiləri, tral gəmiləri olmaqla, ümumilikdə 20 gəmi və kater cəlb olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb