Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

14:59 | 11.03.2016
Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri Xəzər dənizində hərbi təlimlərə başlayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilir ki, təlimlərdə Rusiya Xəzər donanmasının 30-a yaxın döyüş gəmisi və kateri, 1000-dən çox hərbçi iştirak edir. 

"Komanda qərargah təlimləri çərçivəsində 30-a yaxın döyüş gəmisi və kateri, mindən çox hərbçi, 100-ə yaxın hərbi və xüsusi texnika cəlb olunub. Təlimlər Xəzər donanmasının 2016-cı il üçün hazırlıqlar və fəaliyyət planına uyğun keçirilir”, - mətbuat xidmətindən bildiriblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM