Rusiyada 217 nöqtədə meşə yanğını davam edir

16:56 | 02.08.2021
Rusiyada 217 nöqtədə meşə yanğını davam edir

Rusiyada 217 nöqtədə meşə yanğını davam edir

Rusiyanın şərqində davam edən meşə yanğınlarını söndürmək üçün əməliyyatlar davam edir.

Bu haqda məlumatı ölkənin Federal Meşə Agentliyi açıqlayıb.
 
Məlumata əsasən, dünən 36 nöqtədə meşə yanğını nəzarət altına alınıb.

Lakin bununla belə, avqustun 1-nə olan məlumata görə, 217 nöqtədə ümumilikdə 837 813 hektar ərazidə yanğınlar davam edir.

Bildirilir ki, yanğınların 115-i Yakutiyada, 51-i İrkutsk bölgəsindədir.

Agentlik həmçinin qeyd edib ki, yanğının söndürülməsində 5 minə yaxın insan və yüzlərlə maşın iştirak edir.

Qeyd edək ki, Sibirdə iyul ayında başlayan yanğınlarda bu günə qədər təqribən 1,3 milyon hektar meşəlik ərazi yanaraq külə dönüb. Həmçinin, bölgədə fövqəladə vəziyyət elan edilib. (qafqazinfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb