Rusiyada azərbaycanlıların öldüyü dəhşətli qəzanın videosu

13:17 | 06.03.2019
Rusiyada azərbaycanlıların öldüyü dəhşətli qəzanın videosu

Rusiyada azərbaycanlıların öldüyü dəhşətli qəzanın videosu

Azərbaycandan Moskvaya gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində altı nəfər ölüb.
 
Ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır. 

"Ren” TV-nin yaydığı məlumata görə, hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb. 

Qəza zamanı "Mercedes Vito” və "QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə "QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub. 

Hadisə zamanı altı nəfər ölüb, beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Mikroavtobusun Azərbaycandan Moskvaya doğru hərəkət etdiyi bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb