Rusiyada bu sahədə də bahalaşma oldu

16:16 | 01.01.2016
Rusiyada bu sahədə də bahalaşma oldu

Rusiyada bu sahədə də bahalaşma oldu

Kupe, SV və Lüks vaqonlarda daşınma qiymətləri 5 faiz qalxıb

Rusiyada qatar biletlərinin qiyməti artıb.

"Report" xəbər verir ki, "Rusiya Dəmir Yolları" ASC-nin kupe, SV və "Lüks" sinifli vaqonlarda daşınmalara olan tarifləri 5 faiz artıb.

Bununla yanaşı, müxtəlif təqvim dövrlərində plaskart və ümumi vaqonlarda gediş haqqı dəyişəcək.

Həmçinin Moskva və Peterburqda ictimai nəqliyyatda gediş haqqı da artıb. Moskvada artım 7 faiz təşkil edəcək. Peterburqda metroda gediş haqqı 31 rubldan 35 rubla, yerüstü nəqliyyatda 28 rubldan 30 rubla qalxıb.

Aviadaşınmalara gəldikdə isə, bazar iştirakçıları tariflərin ildə 10-15 faiz artacağını proqnozlaşdırırlar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb