Rusiyada dəhşətli qəza: 1 azərbaycanlı ölüb, 2-si yaralanıb (VİDEO)

09:50 | 30.12.2018
Rusiyada dəhşətli qəza: 1 azərbaycanlı ölüb, 2-si yaralanıb (VİDEO)

Rusiyada dəhşətli qəza: 1 azərbaycanlı ölüb, 2-si yaralanıb (VİDEO)

Dekabrın 29-da Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nefteyuqansk rayonu ərazisində yük maşını ilə avtobusun toqquşması nəticəsində azərbaycanlılar da daxil olmaqla 6 nəfər ölüb, 24-ü yaralanıb. Onlardan 12-nin vəziyyəti ağırdır.


Anews.az report-a istinadən istinadən xəbər verir ki, bu barədə Yuqra hökumətinin rəsmi qərargahı məlumat yayıb.


Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin məlumatına görə, qəza Bakı vaxtı ilə təqribən 17:00 radələrində "Tümen – Xantı-Mansiysk" federal avtomobil yolunun 820 km-də baş verib.


"MAZ" markalı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq burada "Rosneft" ASC-nin Nefteyuqansk filialının əməkdaşlarını daşıyan avtobusla toqquşub. Ardınca "Qazel", "Niva" və yanacaqdaşıyan maşın da onlara çırpılıb.


Qəza nəticəsində ölənlər arasında əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov da var. Həmçinin 2 azərbaycanlı – 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM