Rusiyada prezident seçkiləri davam edir

12:56 | 16.03.2024
Rusiyada prezident seçkiləri davam edir

Rusiyada prezident seçkiləri davam edir

Rusiyada prezident seçkilərində səsvermənin ikinci günü, Moskva vaxtı ilə saat 08:40-da seçici fəallığı 36,5% təşkil edib.Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Rusiyada prezident seçkiləri üçün səsvermə martın 15-də başlayıb və martın 17-də başa çatacaq. Ruslar dörd namizəd arasında seçim etməlidirlər. Ölkə başçısı postu uğrunda Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin mübarizə aparır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM