Rusiyadan 1 trilyon dollar çıxarıldı

15:28 | 29.01.2018
Rusiyadan 1 trilyon dollar çıxarıldı

Rusiyadan 1 trilyon dollar çıxarıldı

Rusiya iqtisadiyyatından son 30 ildə kapital axını 1 trilyon dollardan çox olub.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Sergey Qlazev söyləyib.

"Bilirsiniz ki, Rusiya dünyada ən zəngin ölkədir. Biz son 30 ildə dünya maliyyə sisteminə Rusiyadan qaçan 1 trilyon dollar bəxş etmişik. Doğrusunu desək, onların harada olduğunu yaxşı bilmirik. Bu pulun yarım trilyonu ofşorlar və Rusiya iqtisadiyyatı arasında dövr edir. Digər yarım trilyon isə naməlum istiqamətdə yoxa çıxıb”, – deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb