Rusiyadan neftin qiymətlərinə təsir edəcək AÇIQLAMA

20:43 | 15.08.2016
Rusiyadan neftin qiymətlərinə təsir edəcək AÇIQLAMA

Rusiyadan neftin qiymətlərinə təsir edəcək AÇIQLAMA

"Dünyanın ən böyük neft istehsalçısı olan Rusiya Səudiyyə Ərəbistanı ilə neft bazarına sabitlik gətirmək məqsədilə görüşlər həyata keçirir. 

Rusiya lazım olan vaxtda hasilatı dondura bilər, bu mövzuda danışıqlara başlamaq üçün qapılarımız hələ də açıqdır”.

Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı qəzeti olan "Asharq al-Awsat”a açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Nazir sözlərinə əlavə edib ki, neft bazarında sabitlik ancaq 2017-ci ildə mümkün olacaq.

"Səudiyyə Ərəbistanı ilə ikitərəfli görüşlərimiz konkret bir şəkildə davam edir”, - deyə A.Novak bildirib. 

Böyük neft istehsalçıları sentyabrın 26-28-də qeyri-rəsmi bir formatda Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Formu çərçivəsində bir araya gələcək və neft bazarında mövcud olan vəziyyəti müzakirə edəcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb