Rusiyanın doqquz regionunda "quş qripi"nə yoluxmuş məhsul aşkarlanıb

23:00 | 19.05.2017
Rusiyanın doqquz regionunda

Rusiyanın doqquz regionunda "quş qripi"nə yoluxmuş məhsul aşkarlanıb

Aşkar edilən məhsullar məhv edilməlidir

"Rosselxoznadzor" Rusiyanın doqquz regionunda hinduşka istehsal edən "Evrodon" şirkətinin məhsullarının "quş qripi"nə yoluxması faktını aşkarlayıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə "Rosselxoznadzor"dan bildirilib.

"Araşdırma nəticəsində Rusiyanın 9 subyektində - Kirov, Moskva, Rostov, Voronej vilayətlərində, Udmurtiya, Tatarıstan, Başqırdıstan respublikalarında, Krasnodar və Primorsk diyarında "quş qripi" ilə bağlı müsbət nəticələr əldə olunub. Aşkar edilən məhsulları ləğv olunmalıdır", - "Rosselxoznadzor"un bəyanatında deyilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb