Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin sirri açıldı

15:09 | 27.04.2019
Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin sirri açıldı

Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin sirri açıldı

Rusiya Ermənistandakı Erubini hərbi hava bazasına 18 ədəd Su-30SM təyyarəsi yerləşdirməyi planlaşdırır. Bu rəsmi təsdiqini tapmasa da, təyyarələrin yaxın dövrdə Ermənistana gətiriləcəyi və bazadakı AN-29 təyyarələri ilə əvəz ediləcəyi deyilir. Buna paralel olaraq, Ermənistanın müdafiə naziri David Tonoyan 2020-ci ilin əvvəlində Rusiyadan 4 ədəd S-30SM təyyarəsi alacaqlarını bildirib.
 
Publika.az xəbər verir ki, rusiyalı hərbi ekspert Pavel Felqenqauer Rusiyanın Ermənistana göndərəcəyi Su-30SM təyyarələrinin Azərbaycana qarşı olmadığını bildirib.

"Rusiyanın Ermənistandakı hərbi bazasında əhəmiyətli müasirləşdirilmə başlandı. Erubuni bazasına Cənubi Qafqazda həmişə NATO-ya qarşı müdafiə kimi baxılıb. İndi hərbi baza yenilənir, əhəmiyyətli dərəcədə müasirləşdirilir və bu, NATO ilə potensial qarşıdurmaya hesablanmış addımdır. Bu addımlar cənub cinahında Rusiya qoşunlarının imkanlarını gücləndirəcək”, – deyə hərbi ekspert qeyd edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb