Rusiyanın “Koqalımavia” şirkəti Azərbaycana uçuşlardan məhrum edilib

09:38 | 25.08.2016
Rusiyanın “Koqalımavia” şirkəti Azərbaycana uçuşlardan məhrum edilib

Rusiyanın “Koqalımavia” şirkəti Azərbaycana uçuşlardan məhrum edilib

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (RHNA) "Koqalımavia” şirkətinin (Metrojet) 30 istiqamət üzrə uçuş icazəsini geri çağırıb.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilir.

Dərc olunan sənəddə bildirilir ki, lisenziyanın geri alınması aviadaşıyıcının bir mövsümdən artıq müddət ərzində uçuşlar həyata keçirməməsi ilə əlaqədardır.

"Koqalımavia”, xüsusilə Qazaxıstan, Azərbaycan və Qırğızıstan istiqamətində uçuşlardan məhrum edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM