Ruslar Kanada hərbi gəmisinə nə üçün basqın edib? - RƏSMİ AÇIQLAMA

12:57 | 09.09.2014
Ruslar Kanada hərbi gəmisinə nə üçün basqın edib? - RƏSMİ AÇIQLAMA

Ruslar Kanada hərbi gəmisinə nə üçün basqın edib? - RƏSMİ AÇIQLAMA

Kanadanın müdafiə naziri Rob Nikolson Rusiya Hava Qüvvələrinə məxsus iki döyüş təyyarəsinin Qara dənizdə NATO-nun təhlükəsizliyin artırılması təlimləri çərçivəsində iştirak edən "Toronto" gəmisinə basqın uçuşları həyata keçirməsi ilə bağlı yazılı açıqlama verib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Kanadanın müdafiə naziri hadisə zamanı gəmiyə, yaxud gəmi heyətinə hər hansı bir zərərin dəymədiyini bildirib: "Rusiyanın bu hərəkəti gərəksiz, məsuliyyətsiz, provokasiya xarakterli və gərginlik yaradıcı bir hərəkət idi".Kanada və müttəfiqlərinin Qaradənizdə təhlükəsizliyin artırılmasına yönəlik NATO missiyasında yer aldığını xatırladan nazir Rob Nikolson NATO və onun müttəfiqlərinin vaqlıqlarının Rusiya müdaxilələrinə "Ən böyük mesajdır" deyə bildirib.NATO-nun təşkil etdiyi və sentyabrın 27-dək davam edəcək hərbi təlimlərdə iştirak edəcək 250 nəfərlik hərbi heyəti olan "Toronto" hərbi  gəmisi sentyabrın 6-da İstanbuldan keçərək Qara dənizə çıxıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb