Ruslar Ukraynada neft zavodunu vurdu

15:33 | 16.02.2023
Ruslar Ukraynada neft zavodunu vurdu

Ruslar Ukraynada neft zavodunu vurdu

Rusiya Ukraynanın Kremençuk bölgəsində yerləşən neft emalı zavoduna raket zərbələri endirib.
 
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.
 
O qeyd edib ki, zavoda Kursk vilayətindəki təyyarələrdən atılan 12 raket zərbəsi dəyib. Hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını ala bilməyib.
 
"Bunlar terrorçu raketlərdir. Bunlar dinc, əhalinin sıx məskunlaşdığı şəhərlərə atılan zaman terror silahlarına bərabər tutulan silahlardır", - deyə İqnat bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM