"Rustavi 2"-nin təsisçisinin intihar nəticəsində öldüyü müəyyən edilib

18:24 | 22.06.2016

"Rustavi 2"-nin təsisçisinin intihar nəticəsində öldüyü müəyyən edilib

Gürcüstanın Rusiyadakı sabiq səfiri və "Rustavi 2” teleşirkətinin təsisçisi Erosi Kitsmarişvilinin intihar nəticəsində öldüyü müəyyən edilib.
 
APA-nın "apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Nino Aqlamaşvili keçirdiyi brifinq zamanı deyib.
 
N. Aqlamaşvili bildirib ki, istintaqın yekunu olaraq əldə edilmiş faktlar əsasında E. Kitsmarişvilinin ölüm səbəblərini detallı şəkildə əks etdirən videomaterial hazırlanıb: "İstintaq tədbirlərinin gedişi zamanı təxminən 600 nəfər dindirilib, müstəqil ekspertlərin iştirakı ilə çoxsaylı ekspertizalar aparılıb. Kitsmarişvilinin telefon və kompüterində bütün informasiyalar bərpa edilərək öyrənilib”.
 
N. Aqlamaşvilinin sözlərinə görə, istintaq müəyyən edib ki, 2014-cü il iyulun 14-də E. Kitsmarişvili ÇZ-75 tipli tapança alıb. Növbəti gün isə intihar hadisəsi baş verib: "Müəyyən edilib ki, Kitsmarişvilinin ayrı-ayrı şəxslərə, təşkilatlara, banklara 312 min ABŞ dolları, evinin ipotekasına görə isə 120 min lari borclu olub. Onun bu borcları bağlamaq üçün yetərli vəsaiti olmayıb. Kompüterində aşkarlanan informasiyalar sübut edir ki, o, özü mövcud problemləri həll edə bilmədiyini etiraf edir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb