"Rza Zərrab danışanda hər şey ortaya çıxacaq”

17:59 | 23.03.2016

"Rza Zərrab danışanda hər şey ortaya çıxacaq”

CHP lideri Kamal Kılıçdaroğlu baş nazir Əhməd Davutoğluna "Sənin hansı millət vəkillərin terroristlərin ailələrinə başsağlığna gedib? Hansı AKP-li bələdiyyə, ölən PKK üçün matəm çadırı qurdu” deyə soruşub.
 
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kılıçdaroğlu, ABŞ-da həbs olunan Rza Zərrab üçün də "Əminəm çoxunun gözünə bu axşam yuxu getməyəcək, rahat yata bilməyəcəklər” deyib.
 
"Çünki, FBI ittihamların gerçək ortaqlara mesaj olduğunu açıqlayıb. Rza Zərrab danışanda görəcəksiniz, bütün çirkli işlər ortaya çıxacaq”.
 
Türkiyədə bir müddət öncə korrupsiya əməliyyatı ilə əlaqədar yaxalanıb 70 gün həbs yatdıqdan sonra sərbəst buraxılan tanınmış iş adamı Rza Zərrab bu dəfə Amerikada saxlanılıb. Dünən Mayami məhkəməsi tərəfindən həbs olunan Rza Zərrab haqda bildirilir ki, o və iki İran vətəndaşı Kamelia Cəmşidi ilə Hüseyn Nəcəfzadə ilə birgə İran hökumətinin xeyrinə olacaq şəkildə saxtakarlıq edərək yüz milyonlarla dollarlıq bank əməliyyatı həyata keçiriblər.
 
Prokurorluq hər üç şübhəli üçün ABŞ-ı aldatmağa görə 5 il, İrana qarşı sanksiyaları pozmağa görə 20 il, bank saxtakarlığına görə 30 il və "çirkli pulların yuyulması”na görə 20 il olmaqla üst-üstə 75 il həbs cəzası istəyib

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb