Saakaşvili Gürcüstana qayıtma tarixini açıqladı

10:50 | 25.04.2016
Saakaşvili Gürcüstana qayıtma tarixini açıqladı

Saakaşvili Gürcüstana qayıtma tarixini açıqladı

Gürcüstan hakimiyyəti tərəfindən axtarışa verilən Odessa qubernatoru Mixael Saakaşvili parlament seçkilərindən sonra vətənə qayıdacağını vəd edib. 

Oxu.Az "Qruziya online” istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq lideri "Rustavi 2” teleşirkətinə verdiyi müsahibəsində bildirib. 

Saakaşvili onun yaratdığı "Vahid milli hərəkat” partiyasının 2016-cı il oktyabr ayında keçiriləcək seçkilərdə qalib gələcəyindən əmindir.  

"Bu seçkiləri keçirmək və qalib gəlmək lazımdır, sonra gəlib qalib gələn insanlara yardım etmək lazımdır”, - o bəyan edib. 

Odessa qubernatoru qeyd edib ki, hazırda Gürcüstanın siyasi həyatında yalnız iki lider mövcuddur - o və sabiq baş nazir Bidzina İvanişvili.

"Hazırkı mərhələdə üçüncü yoxdur. Bu mənim üzərimə xüsusi məsuliyyət qoyur və təkrar edirəm, Ukraynada vəzifəyə can atmadığım kimi, Gürcüstanda da vəzifəyə can atmıram. Mənim vəzifəm (əgər belə formalaşıbsa, ya rusiyalı oliqarx, ya da ki mənim hazırda əlaqədar olduğum) mənim nə vaxtsa olduğumdan yaxşı olmaqdır”, - Saakaşvili müsahibəsində bildirib.

Eyni zamanda Saakaşvili vurğulayıb ki, onun vətənə qayıdışı Ukraynadan qaçmaq demək deyil, belə ki, o, komandasıyla bərabər bu ölkədə islahatlar aparmağa davam etmək niyyətindədir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM