Saakaşvili Putini Ukraynanın düşməni elan etdi

13:29 | 02.06.2014
Saakaşvili Putini Ukraynanın düşməni elan etdi

Saakaşvili Putini Ukraynanın düşməni elan etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bəyan edib ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Ukraynanın düşmənidir.

Modern.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan Saakaşvili bunu “İnter” telekanalının efirində deyib. Gürcüstanın keçmiş dövlət başçısının fikrincə, Ukraynaya göndərilən çeçenlərə və federallaşma tərəfdarlarına yardım edən ukraynalılar öz vətənlərinin düşmənləridir: “Elə adamlar var ki, Kadırovun göndərdiyi qatilləri alqışlayırlar. Bu insanlar Ukraynanı satanlardır. Qoy onlar Rusiyaya getsinlər”.

Onun sözlərinə görə, Ukrayna öz torpağını yadlara verməməlidir. Bundan əlavə, Saakaşvili Putinin “biz slavyanlar hamımız pravoslavlarıq” fikrini də tənqid edib: “Gürcüstan dördüncü əsrdən pravoslavdır. Rusiya ordusu bizim ərazimizə soxulanda gürcü kilsələrini qarət edərək dağıdıblar. Putin belə pravoslavdır, mən “ağ ayı” olduğum kimi”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM