Saakaşviliyə qarşı əlavə 6-7 ittiham irəli sürüləcək

09:08 | 06.08.2014
Saakaşviliyə qarşı əlavə 6-7 ittiham irəli sürüləcək

Saakaşviliyə qarşı əlavə 6-7 ittiham irəli sürüləcək

Gürcüstanın Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Mixail Saakaşvili barəsində korrupsiya ittihamı da daxil olmaqla əlavə 6 və ya 7 ittiham irəli sürməyə hazırlaşır.APA-nın məlumatına görə, bu barədə “Kommersant” Gürcüstanın Ədliyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.    Gürcüstan Baş Prokurorluğu ötən gün yaydığı bəyanatda ölkə hüdudlarından kənarda olan Saakaşviliyə qarşı irəli sürülən yeni ittihamın detallarını açıqlayıb. Sabiq prezident barəsində başlanan yeni cinayət işi 2005-ci ilin yayında Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkili ilə bağlıdır.   Qeyd edək ki, iyulun 28-də  Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən  alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb. Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inauqurasiyasından sonra ölkəni tərk edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb