Saatın geri çəkilməməsi üçün nə edək? - VİDEO

00:01 | 31.10.2016
Saatın geri çəkilməməsi üçün nə edək? - VİDEO

Saatın geri çəkilməməsi üçün nə edək? - VİDEO

Qış vaxtına keçid bu il Nazirlər Kabinetinin qərarı ilə ləğv olunsa da bir sıra telefonlarda saatların avtomatik geri çəkilməsi baş verib. Halbuki aidiyyatı qurumlar bunun baş verməməsi üçün lazımı addımların atıldığını açıqlamışdılar.

Bəs maraqlıdır görəsən mobil telefonlarda avtomatik qaydada saatın dəyişməsi niyə baş verib?

Nə qədər addımlar atılsa da gələcəkdə yenə belə problemlərin yaşana biləcəyini bildirən ekspert Rövşən Əkbərov kiçik bir dəyişikliklə problemdən yaxa qurtarmağın mümkün olacağına diqqət çəkir.

Bu arada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəzi qurğularda yaranan vaxt problemi ilə bağlı açıqlama yayıb.
 
ANN.Az xezerxeber.com-a istinadən bildirir ki, məlumatda bildirilir ki, bəzi mobil qurğularda avtomatik qaydada saatların bir saat geriyə çəkilməsinə səbəb həmin cihazlarda proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonun tənzimləmə parametrlərində vaxtın şəbəkədən avtomatik təyin edilməsi imkanlarının seçilməməsi olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM