Saatlıda yas mərasimləri aşkar edilib

19:00 | 14.04.2021
Saatlıda yas mərasimləri aşkar edilib

Saatlıda yas mərasimləri aşkar edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.


DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Anews.az-a verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.


Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM