Sabah Bakıda yağış yağacaq

14:39 | 12.09.2015
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 25-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM