Sabah hava yağmurlu və küləkli olacaq

18:00 | 05.10.2014
Sabah hava yağmurlu və küləkli olacaq

Sabah hava yağmurlu və küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal –qərb küləyi əsəcək, gündüz 9-14 m/s, axşam arabir 18 m/s olacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 13-15° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Azərbaycanın bəzi bölgələrində oktyabrın 6-da hava yağmurlu olacaq. Qərb küləyi arabir güclənəcək. 

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 10-14°, gündüz 16-20° isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 2-7°, gündüz 7-12° isti olacaq.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb