• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Laçında peşə yarımarkasına start veriləcək

Sabah Laçında peşə yarımarkasına start veriləcək
24.04.2024 11:18
Aprelin 25-də Laçında   "Laçında peşə öyrən!” peşə yarımarkası keçiriləcək. Bu barədə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. 
 
Yarımarkada  Laçında fəaliyyət göstərən işəgötürənlər tərəfindən Laçın şəhəri və Laçının Zabux kəndinin əhalisinə peşə istiqamətləri təqdim olunacaq. Həmçinin müxtəlif peşələr üzrə master-klaslar keçiriləcək.
 
Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyindən bildirib ki, Qarabağda keçiriləcək peşə kursları  ümumilikdə 12 bölgəni əhatə etməklə kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrini əhatə edəcək.
 
Dövlət Məşğulluq Agentliyi Qarabağa köçən 1500 nəfərin işlə təmin olunduğunu açıqlayıb və bildirib ki, əhalinin ora köçürülməsi davam etdikcə bu say artacaq. 
 
Bundan əvvəl elm və təhsil nazirinin müavini Həsən Həsənov mətbuata açıqlamasında deyib ki, Qarabağda əhalinin köçürülməsi prosesi artıqca oradakı məktəblərdə peşə təmaüllü siniflərin təşkilnə baxılacaq.
 
Noyabrın 28-də  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov açıqlamasında söyləyib ki, 2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək.

Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub. 
 
Gülnar Nazimqızı

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Cəmiyyət 14:48
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Cəmiyyət 14:12
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Zəfərin 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” keçirilib
Cəmiyyət 13:59
Zəfərin 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” keçirilib
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Cəmiyyət 13:43
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Sabah 22 dərəcə isti olacaq
Cəmiyyət 12:45
Sabah 22 dərəcə isti olacaq
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Cəmiyyət 11:50
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Cəmiyyət 09:57
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 09:30
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 22:49
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol