Sabiq nazir qar uçqununa düşdü - Ölü tapıldı

11:01 | 19.02.2020
Omsk vilayətinin keçmiş səhiyyə naziri Yuri Yerofeyev ölü tapılıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq şöbəsinin müdirinin baş köməkçisi Larisa Boldinova məlumat verib.

Məlumata görə, sabiq nazirin avtomobili qar uçqununun altında qalıb.

Qeyd edək ki, Yerofeyev 1964-cü ildə anadan olub. 2008-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək Omsk vilayətinin səhiyyə naziri vəzifəsini tutub.
 
Ondan əvvəl isə Rospotrebnadzorun regional şöbəsinə rəhbərlik edib.

www.anews.az

Xəbər lenti