Sabiq prezident xərçəngə tutuldu - FOTO

16:25 | 13.08.2015
Sabiq prezident xərçəngə tutuldu - FOTO

Sabiq prezident xərçəngə tutuldu - FOTO

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xərçəng xəstəliyinə tutulub.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısı özü açıqlama verib. O, bir müddət əvvəl qaraciyərindən əməliyyat olunduğunu və ona xərçəng diaqnozu qoyulduğunu bildirib. O, Corciya ştatında müalicəsini davam etdirəcəyini qeyd edib.

90 yaşlı Karter 1977-1981-ci illər arasında ABŞ-a rəhbərlik edib. Daha sonra o, özünün yaratdığı "Karter Mərkəzi"nə rəhbərlik edib, 2002-ci ildə "beynəlxalq problemlərin həllində barışcıl həll yolu axtarma, demokratiya bə insan haqlarının müdafiəsi, sosial və iqtisadi inkişaf yolundakı xidmətlərinə" görə Nobel Sülh Mükafatına layiq görülüb.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM