24 yaşlı Şennon Sarston öz acı təcrübəsini "The Sun”la bölüşüb.
Bildirilir ki, tələbə qız saçlarını tünd şokolad rənginə boyamaq qərarına gəlib. Ancaq hər zaman bu brenddən istifadə etdiyi üçün boyaya qarşı reaksiyanı yoxlamayıb.
Boyama zamanı Sarston dəridə yanma hiss etsə də, buna fikir verməyib. Bundan sonra onun boğazında qırmızı ləkələr yaranıb. Lakin gənc qız bunu da adi qıcıq sayıb.
Müalicə əvvəlcə müsbət təsir göstərir və Sarston evə göndərilir. Lakin səhəri hər iki göz o qədər şişir ki, tamamilə bağlanır, boğaz tutulur, baş dərisi isə "yanmağa” başlayır. Dörd gün ərzində həkimlər şişin çəkilməsinə və saçlardan boyanın yuyulmasına çalışırlar.
Sarston bildirib ki, preparatları üç ay qəbul etdikdən sonra allergiyanın təsirləri tədricən ötüşüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !