Şahbaz Xuduoğlu: “Bu, “Qanun”un yox, kitabın uğurudur”

15:47 | 07.11.2014
Şahbaz Xuduoğlu: “Bu, “Qanun”un yox, kitabın uğurudur”

Şahbaz Xuduoğlu: “Bu, “Qanun”un yox, kitabın uğurudur”

Sabahdan Türkiyədə ənənəvi İstanbul Kitab Sərgisinə start verilir. Sərgiyə 31 ölkədən 91 yayım evi qatılacaq.AzNews.az xəbər verir ki, bu sərgiyə ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlardan biri - “Qanun” Nəşrlər Evi dəvət alıb. 8-16 noyabr tarixində baş tutacaq kitab törəninə “Qanun” 80 müəllifin kitablarıyla qatılacaq.Bu barədə AzNews.az-a danışan nəşriyyatın direktoru Şahbaz Xudaoğlu bildirib ki, belə bir sərgidə iştirak etmək Azərbaycan kitabının uğurudur: “Bizi bu sərgiyə Türkiyə Cümhuriyyətinin Kültür Nazirliyi dəvət edib. Bu sərginin tarixində ilk dəfədir ki, bir nəşriyyat ayrıca bir stendlə ölkəmizi təmsil edir. Bu, yalnız “Qanun” Nəşrlər Evinin yox, bütövlükdə Azərbaycan kitabının uğurudur”.Qeyd edək ki, sərgiyə Azərbaycandan kulis.az saytının redaktoru Mirmehdi Ağaoğlu, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunu təmsil edən şair Qismət, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzini təmsil edən yazarlar Etimad Başkeçid və Fərid Hüseyn də qatılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb