Sahib Ələkbərov: "Müğənnilər aldıqları qonararı 20-30 manat səviyyəsində göstərirlər"

12:58 | 18.05.2016
Sahib Ələkbərov:

Sahib Ələkbərov: "Müğənnilər aldıqları qonararı 20-30 manat səviyyəsində göstərirlər"

"4 ay ərzində Bakıda 6324 toy olub"

ANN.Az xəbər verir ki, bu sözləri  Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidmətinin müşaviri Sahib Ələkbərov bu gün nazirlikdə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Nazir müavini müğənnilərin vergidən yayınmasına münasibət bildirib: "Çox vaxt onlar bəzi bəhanələr gətirərək, vergidən yayınacaqlarını düşünürlər. Hətta bəzən getdikləri toyların sayını düz göstərsələr də, aldıqları qonorarı 20-30 manat səviyyəsində göstərirlər. Bundan başqa, bir qrup müğənnilər isə ümumiyyətlə toya getmədiklərini bildirirlər. Bəs necə olur onlar pul qazanırlar? Ona görə də belə gülüş doğuracaq bəhanələr gətirməməlidirlər".

"Bu ilin 4 ayını digər illərlə müqayisə etdikdə müğənnilərin daha çox vergi verdiyi görünür, ancaq bu o demək deyil ki, onlar verginin hamısını verirlər. Yox", - deyə  S.Ələkbərov əlavə edib.

Daha sonra Vergilər nazirinin müavini İlkin Vəliyev bank sektorundan daxilolmaların azaladığını vurğulayıb: "Bu il bank sektorunda vergi daxilolmaları 30% azalıb. Kommersiya sirri olduğu üçün konkret rəqəm deyilmir".
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM