Sahibə Qafarova və Simonyan arasında ikitərəfli görüş keçirilib - YENİLƏNİB

20:00 | 22.03.2024
Sahibə Qafarova və Simonyan arasında ikitərəfli  görüş keçirilib - YENİLƏNİB

Sahibə Qafarova və Simonyan arasında ikitərəfli görüş keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub.Bu barədə  AZƏRTAC xəbər verib.
 
Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.
 
 18:36

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü keçirilir.Bu barədə AZƏRTAC xəbər verir.
 
Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.
 
 12:11

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək.
 
Bu barədə Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb.

Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb