Şahmat üzrə Dünya çempionatının beşinci günü - Fotolar

21:43 | 07.09.2015
Şahmat üzrə Dünya çempionatının beşinci günü - Fotolar

Şahmat üzrə Dünya çempionatının beşinci günü - Fotolar

Xantı-Mansiyskdə 20 yaşa qədər qızlar və oğlanlar arasında keçirilən Şahmat üzrə Dünya çempionatı şahmatçılarımıza çoxlu sayda xal gətirib.

Oxu.Az xəbər verir ki, oğlanlar arasında turnirdə Ülvi Bacarani rusiyalı Daniil Yuffa ilə görüşüb.

Qədim Hindistan müdafiəsi üslubunda dörd piyada variantını seçən Ülvi debütdən sonra az da olsa dayanıqlı xal fərqi qazanıb.

40-cı gedişdən sonra o, rəqibin müdafiəsini qıra bilib, 56-cı gedişdə isə rusiyalı məğlubiyyəti qəbul edib.

Azərbaycan derbisi – Nicat Abbasov Misrəddin İsgəndərova qarşı oyunda inadlı mübarizə ilə müşayiət edilib, uğur Nicat tərəfdə olub.

Qızların lider qrupunda Günay Məmmədzadə Hindistan şahmatçısı Katrin Mişelə qarşı oynayıb.

Oyunun ortasında təşəbbüsü əldən verən Günay piyadasını itirib, yalnız inadkar mübarizə nəticəsində oyunu heç-heçə ilə başa vurub.

Qalan qızlarımız qələbəni qeyd ediblər, Səbinə İbrahimova italiyalı Daniela Movleananı, Ülviyyə Fətəliyeva serbiyalı Covanna Miloşeviçi, Aytən Əmrayeva isə monqol Norovsambuu Badaxmanndı məğlub edib.
 















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM