"SOCAR-Azərbaycan" VI turda qələbə qazandı - FOTOLAR

13:43 | 24.10.2015

"SOCAR-Azərbaycan" VI turda qələbə qazandı - FOTOLAR

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda VI turun görüşləri keçirilib.

"Report"un məlumartına görə, Azərbaycan təmsilçilərindən "SOCAR-Azərbaycan" Çexiyanın "Novi Bar" klubuna 3.5-2.5 hesabıyla qalib gəlib. Komandamızda Veselin Topalovla Teymur Rəcəbov rəqiblərini məğlub edib. Aniş Giri, Fabiano Karuana, Maykl Adams heç-heçə oynayıb. Rauf Məmmədov isə məğlubiyyət acısı yaşayıb.

Digər təmsilçimiz "Odlar Yurdu" Rusiyanın "Mednıy Vsadnik" klubuna uduzub 1.5-4.5. Emil Sutovski, Vasif Durarbəyli, Ülvü Bacarani məğlub olub. Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı heç-heçə başa vurub.

Qeyd edək ki, oktyabrın 24-də turnirdə son turun oyunları keçiriləcək. 6 turdan sonra "SOCAR-Azərbaycan" 10 xalla ikinci yerdə qərarlaşıb. "Odlar Yurdu"nun 8 xalı var.
 














www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb