Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq

21:00 | 08.07.2020
Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq

Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli dünya çempionu Yu Venyunla mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda "Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.

Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq.

Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. 1/8 finalda şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Yu Venyun olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb