Şahmatçılarımız reytinq siyahısında gerilədi

12:58 | 01.07.2014
Şahmatçılarımız reytinq siyahısında gerilədi

Şahmatçılarımız reytinq siyahısında gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun üçün açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıb. Norveçli Maqnus Karlsenin 2877 xalla başçılıq etdiyi “Top-100”də 3 qrossmeysterimiz də  qərarlaşıb. Onların hər üçü son 1 ayda geriləyib. Ən yaxşı şahmatçımız Şəhriyar Məmmədyarov 2743 xalla 18-ci yerədir. O, ötən ayla müqayisədə mövqeyini 2 pillə əldən verib. 2724 xala malik Teymur Rəcəbov 1 pillə geriləməklə, 28-ci yerə düşüb. 2 pillə geriləyən Rauf Məmmədov 2659 xalla 88-ci yerdədir. Dəyişikliyin olmadığı ilk “üçlük”də Karlseni Levon Aronyan (Ermənistan, 2805) və Aleksandr Qrişuk (Rusiya, 2795) izləyir. Qeyd edək ki, qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb