Şamaxıda ərzaq mağazasında nöqsanlar aşkarlanıb

18:30 | 24.11.2022
Şamaxıda ərzaq mağazasında nöqsanlar aşkarlanıb

Şamaxıda ərzaq mağazasında nöqsanlar aşkarlanıb

Şamaxıda fəaliyyət göstərən ərzaq mağazasında nöqsanlar aşkarlanıb.


Bu barədə  Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.


Bildirilib ki, agentliyin Şamaxı regional bölməsinin əməkdaşları tərəfindən rayonun Şəhriyar qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sarxanov İldırım Məmməd oğluna məxsus ərzaq mağazasında planlı yoxlama aparılıb.


Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, saxlama yerlərində təmizliyə nəzarətin zəif olduğu aşkar edilib. Həmçinin, üzərində Azərbaycan dilində etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.


Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək qeyd olunan mallar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb