"Bu davamiyyətlə devalvasiya qaçılmazdır" - Ekspertlər

22:21 | 01.04.2020

"Bu davamiyyətlə devalvasiya qaçılmazdır" - Ekspertlər

Dünyanı koronavirus epirdemiyası bürüdüyü bir vaxtda, ölkələrdə iqtisadi aktivlik də zəifləyir. Bununla yanaşı, aşağı neft qiymətləri də xüsusən iqtisadiyyatı neftdən asılı olan ölkələrdə ciddi problemlər yaradır. Azərbaycanda da büdcənin əsas gəlir mənbəyi neftdir. Bütün bunları nəzərə alsaq, xüsusən, ölkədəki karantin rejimi dövründə manatın taleyi sual doğurur. Görəsən, koronavirus və karantin rejimi manatın kursuna necə təsir edib?

İqtisadçı ekspert deyir ki, koronavirus pandemiyasınınv manat üçün ən böyük zərbəsi o oldu ki, neftin qiyməti dünya bazarında düşdü.

Onun sözlərinə görə, ilin sonuna kimi neft qiymtləri bu səviyyədə qalsa, manata ciddi təzyiq olacaq.



 "Neftin qiyməti 27 dollar ətrafında dəyişir. Bizim büdcəmiz 55 dollar, tədiyyə balansımız isə 40 dollar üçün müqabildir. Neft qiymətləri bu səviyyədə ilin sonuna kimi qalsa, tədiyyə balansında ciddi dəyişiklik olacaq və manata təzyiq yaranacaq.  Ona görə mərkəzi bank hələlik manatın kursunu saxlamaq üçün neft fondunun rezervlərindən istifadə edir. Təsadüfi deyil ki, təkcə martda neft fondundan 1.9 milyard vəsait manatın kursunu saxlamaq üçün istifadə olunub. Bu qədər pul əvvəllər 3 aya satılırdı”, - deyə Samir Əliyev bildirib.

Ekspert düşünür ki, nə qədər paradoksal olsa da, karantin rejimi manata olan təzyiqi minimuma salır.

Onun sözlərinə görə, epidemiya yaranandan sonra xarici ölkələrlə əlaqələr minimuma düşdüyü üçün, ölkədən valyuta axını azalıb.

"Əvvəllər neft gəlirlərinı çıxsaq, ölkədən daha çox pul çıxırdı, ona görə də bütün sahələrdə mənfi saldo yaranırdı. Məsələn, turizmdən ölkəyə az pul gəlib, çox pul çıxırdı. Ancaq neft gəlirləri bu mənfi saldoları kompensasiya edə bilirdi. İndi neft gəlirləri azalsa da, karantin rejiminə görə ölkədən çıxış məhdudlaşdırılıb və pul axınının sürəti azalıb. Eyni zamanda iş yerlərinin dayanması ilə əlaqədar insanların gəlirləri də azalıb və onlar pul yığa bilmirlər. Məsələn, martın əvvəllərində insanlar bütün gəlilərini təhlükəsiz saxlamaq və artırmaq üçün banklara üz tutub dollarla dəyişməyə cəhd etsələr də, artıq belə cəhdləri görmürük. Ona görə də, karantin rejiminin manatın kursuna mənfi təsirindən çox, müsbət təsiri var”, - deyə iqtisadçı ekspert Samir Əliyev bildirib.

Digər bir ekspert Nemət Əliyev isə düşünür ki, tədiyyə balansında neft gəlirləri daha yüksək fərq yaratdığı üçün, hətta xaricə valyuta axını olmasa belə, karantin rejiminin manatın kursuna yaranmış hansısa təhlükənin minimuvma düşürməsindən danışmaq olmaz.

Onun sözlərinə görə, bu günə qədər turizm və digər xidmət sektorlarında gəlirlərdən çox itkilər olurdu və bu da ciddi mənfi saldolara səbəb olurdu. Yalnız yüksək neft qiymətlətləri və bu neftdən gələn yüksək gəlirlər fərq yaradıb, mənfi saldonu kompensasiya edə bilirdi.



"Nəzərə alsaq ki, ölkəyə xarici valyuta az gəlir, eyni zamanda az da çıxır. Bu halda tədiyyə balansında indiki gəlir və itkilərlə belə ciddi mənfi saldo yaranacaq. Onu da nəzərə almalıyıq ki, Azərbaycanın daxili bazarının təlabatıının 50%-dən çox hissəsi xaricdən təmin olunurdu. Karantin rejimində biraz dişimizi sıxıb otursaq belə, bir müddət sonra yenidən məcburiyyət qarşısında valyuta axınına yol verəcəyik, çünki insanların təlabatını ödmək üçün daxili bazarlardakı təlabat ödənməlidir. Bu valyuta itkisi də Mərkəzi Bankı məcbur edəcək ki, manatın kursunu saxlamaq üçün əlavə rezervlər xərcləsin. Hesab edirəm ki, neftin indiki qiymətləri ilə, valyuta axınlarının fonunda hökumət 1 aya və ya ay yarıma manatın növbəti devalvasiyasına gedəcək. Ona görə də, karantin rejimininin manatın kursuna hansısa müsbət təsirindən danışmaq yersizdir”, -  deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Həzi
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb