Samir Şərifov: "Dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur"

17:03 | 20.05.2016
Samir Şərifov:

Samir Şərifov: "Dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur"

Nazir: Çalışmalıyıq ki, ehtiyat mənbəyində kifayət qədər valyutamız olsun

Azərbaycanın 206-cı il dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında 

"Biz çalışmalıyıq ki, ehtiyat mənbəyində kifayət qədər valyutamız olsun. Keçən ilin təcrübəsi, valtyuta bazarında olan təlatümlər, məzənnəyə təzyiqlər, Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin enməsi, hökuməti vadar edir ki, dövlət maliyyə qurumlarında, daxıllarında kifayət qədər valyuta ehtiyatları toplasın. Dövlət Neft Fondu da bu daxıllardan biridir. Bunları nəzərə alaraq çox qənaətcil şəkildə büdcə vəsaitlərini xərcləməliyik. Son 3 ildə büdcə yığcamlaşdırması siyasəti yeridirik. İldən ilə Dövlət Neft Fondundan transfertləri azaldırıq. Bu, siyasətin davamıdır", - deyə nazir qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM